"YAŞAT" düşərgəsinin beşinci həftəsi başa çatdı - FOTO
    • 21-08-2021, 16:48
    • 435

"YAŞAT" düşərgəsinin beşinci həftəsi başa çatdı - FOTO

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin beşinci həftəsi başa çatıb.

News24.az xəbər verir ki, ilkin olaraq səhər idmanı və psixoloqlarla qrup görüşləri baş tutub.

İştirakçılar üçün, həmçinin hovuz əyləncəsi təşkil edilib. 

Sonra "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun iştirakı ilə düşərgənin bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Düşərgə çərçivəsində şəhidimiz Ramil Ağayevin qızı Zəhra Ağazadənin doğum günü qeyd olunub.

Sonda iştirakçılar üçün musiqili əyləncə proqramı reallaşdırılıb.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin dördüncü həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.