Yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
    • 22-08-2021, 14:19
    • 389

Yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, rayonun Uzuntəpə kəndində "UAZ" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /apa.az