Sevda Ələkbərzadə şəhid anaları üçün oxudu - VİDEO
    • 22-08-2021, 19:31
    • 484

Sevda Ələkbərzadə şəhid anaları üçün oxudu - VİDEO

Gözləri hələ də yollarda qalan, hər gün bir möcüzə gözləyən, göz yaşlarını qəlbinə axıdan Şəhid Anaları...Bu böyük ürəkli analar canlarından əziz övladlarını itirdilər, amma bütün xalqın sevgisini qazandılar... Əfsus ki, övladları indi yanlarında yoxdur, amma biz xalq olaraq hamımız onların yanındayıq və hər zaman da belə olacaq. Onların övladları hər bir azərbaycanlının, hər birimizin qəlbindədir! Başını dik tut, şəhid anası! Sizin övladlarınız bu Vətənin qürur mənbəyidir. Sizin övladlarınız ölməzlik qazanan Qəhrəmanlarımızdır!
Başda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün güc strukturlarının şəhid ailələrinə göstərdikləri diqqət və qayğı danılmazdır.

News24.az xəbər verir ki, "Fire Land Production"-un rəhbəri Cəlal Qurbanov, "Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları bizə əmanətdir" deyərək, "Mənim atam qəhrəmandır" adı altında növbəti silsilə layihəsini təqdim edib.

Fəxri qonaq qismində tədbirə qatılan Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Sevda Ələkbərzadə və teleaparıcısı Nərgiz Cəlilova qəhrəmanlarımızın övladları və onların ailə üzvləri ilə öz hisslərini bölüşüb.

Güc birlikdədir! Biz birlikdə güclüyük!