"Toppuş bacı"nın səhhətində yenə problem yarandı
    • 23-08-2021, 12:15
    • 541

"Toppuş bacı"nın səhhətində yenə problem yarandı

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

News24.az xəbər verir ki, "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan aktrisanın sümüyündə törəmə yaranıb: "İki gündür kimyaterapiyaya başladıq. Ayın ikisi üçüncü terapiyanı qəbul edəcəm. İndi evdəyəm. Bir neçə müddətdir ki, belim ağrıyırdı. Tomoqrafiya elədik, məlum oldu ki, sümükdə törəmə yaranıb. Bir az gözlədik, amma şiş balacalaşmadı, əksinə bir neçə yerə yayıldı və ağciyərimə keçdi. Beş dəfə həyatla mübarizə apardım, inşaallah, altıncıdan da sağlam şəkildə çıxacağam. Hər şey yaxşı olsa, özümü toparlaya bilsəm, sentyabrdan çəkilişlərə gedəcəm".