Heydər Əliyev prospektində yanğın başlayıb
    • 24-08-2021, 15:00
    • 283

Heydər Əliyev prospektində yanğın başlayıb

Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məluamtda bildirilib ki, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.