Lənkəranda evdən 21 min manatlıq qızıl oğurladı
    • 24-08-2021, 15:28
    • 274

Lənkəranda evdən 21 min manatlıq qızıl oğurladı

Lənkəranda oğurluq hadisəsi qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 7900 ABŞ dolları ( 13 430 AZN) və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şıxcanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.