"Dərd edib, "necə keçəcək?" demə..." - İRADƏ İBRAHİMOVA
    • 25-08-2021, 10:51
    • 486

"Dərd edib, "necə keçəcək?" demə..." - İRADƏ İBRAHİMOVA

Türkiyədə yaşayan həmyerlimiz İradə İbrahimovanın paylaşımı diqqət çəkib.

News24.az xəbər verir ki, uzun müddətdir yaradıcılığına fasilə verən sənətçi yenidən səhnəyə çıxma anını izləyiciləri ilə bölüşüb: "Hər şey öz axışında, bəzən duraraq, bəzən qaçaraq o qədər gözəldir ki... Bu həyatda nəyə ehtiyacın varsa, onu yaşamağı bacara bildiyində hər şey o qədər gözəl olmağa başlayır ki. Özümə kənardan baxmaq çox xoş olur. Hamı bilir, amma yenə də təkrarlamaq istəyirəm. Bu həyatda keçməyən heç nə yoxdur, keçməyəcəyini düşündüyümüz hər şey gəlib-keçir. Çünki istəsən də tuta bilmərsən, ilahiyyatın axışı belədir. Yəni dərd edib, "necə keçəcək?" demə. Keçəcək..." deyə, əlavə edib.