"Ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə..." - FAİQ AĞAYEV
    • 25-08-2021, 10:56
    • 618

"Ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə..." - FAİQ AĞAYEV

Sosial şəbəkədə aktivlik nümayış etdirən Xalq artisti Faiq Ağayev daha bir diqqət çəkən status yazıb.

News24.az xəbər verir ki, müğənni bir neçə gündür mediada xəbərləri yayılan və polis tərəfindən "İmam Mehdi" adı ilə dələduzluq edən şəxslə bağlı hadisəyə münasibət bildirib: "O yalançı "imam Mehdi"ni qoyun bir kənara. Adam "moşennik"dir, adı üstündə. Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə? Onları da, sevdiyiniz "zarafatda"kı kimi, Pakistandan göndəriblər bura? İnternetdə "cinçıxarma", "ərqaytarma", "bəxtaçma" elanlarından can qurtarmaq olmur. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına heyrətlənirsiz?".