Toyda karantin qaydalarını pozan 2 nəfər cərimələndi, 16 nəfər şənliyə buraxılmadı
    • 25-08-2021, 14:11
    • 391

Toyda karantin qaydalarını pozan 2 nəfər cərimələndi, 16 nəfər şənliyə buraxılmadı

Avqustun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 5 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 16 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.