Elnarə Xəlilova boksçu qız obrazında - FOTOLAR
    • 25-08-2021, 16:15
    • 887

Elnarə Xəlilova boksçu qız obrazında - FOTOLAR

Müğənni Elnarə Xəlilova "Əvəzimi tap" adlı yeni mahnısı üçün kameralar qarşısına keçib.

News24.az xəbər verir ki, mahnının söz və musiqisi Şəhriyar Ramazanzadəyə məxsusdur. 

Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. 3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, "Cobra" İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçir.

Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılır. 

Mahnıya rejissor Bəhurz Qurbanlı quruluş verir.