-
- 15-11-2018, 11:01
- 876
Aktrisa "atasının ölümünün sirr pərdəsini açacaq" - FOTOLAR
"Poyraz Karayel" türk serialından sonra heç bir tele-layihədə yer almayan aktrisa Burçin Terzioğlu nəhayət karyerasındakı qısa fasiləyə son verir.
News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa yeni film layihəsi ilə heyranlarının qarşısına çıxacaq. Burçin şirkətlərin biri ilə yeni film üçün müqavilə imzalayıb.
Filmin çəkilişinə dekabrın 10-da start veriləcək. Hələ adı tam bəlli olmayan, şərti adı "Gözəlliyin portreti" olan filmdə B. Terzioğlu ilə yanaşı, Birkan Sokollu, Melisa Şenolsun və Serkan Keskin kimi tanınmış aktyorlar da rol alacaqlar. Ssenarisini Pınar Bulutun yazdığı, rejissorluğunu Umur Turagayın edəcəyi film gənc qadının illərdir görmədiyi atasının ölümü üzərindəki sirr pərdəsini açmaq cəhdindən bəhs edəcək.
Çəkilişi İstanbulda baş tutacaq filmin 1 aya tamamlanması planlaşdırılıb.
News24.Az