Bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində namaz qıldı - Fotolar
    • 26-08-2021, 13:11
    • 479

Bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində namaz qıldı - Fotolar

30 ildən sonra bu gün doğma şəhərinə səfər edən bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində olub.

Şuşalılar məscidi ziyarət edib, namaz qılıb, dualar oxuyublar.

Onlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ruhunu yad edib, qazilərə şəfa diləyiblər.

Qeyd edək ki, səfər Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub. /APA/