Pul üçün rinqə çıxan 13 yaşlı uşaq faciəvi şəkildə can verdi - VİDEO
    • 15-11-2018, 11:40
    • 898

Pul üçün rinqə çıxan 13 yaşlı uşaq faciəvi şəkildə can verdi - VİDEO

Taylandda məktəb xərclərini ödəmək üçün rinqə çıxan 13 yaşlı uşaq aldığı ağır zərbədən dünyasını dəyişib.

News24.az xəbər verir ki, atası və anası olmayan 8 yaşlı Anuça Tasako sonuncu dəfə çıxdığı rinqdə isə beynindən aldığı zərbə ölümünə səbəb olub.

Anuçanın ölümündən sonra,  uşaqların Tayland boksu yarışlarında iştirakının qadağan olunması qanunun qəbul edilməsi tələb edilib. Anuça maska taxmadan rinqə çıxıb və aldığı zərbədən beyin qansızması keçirib.

Tayland boksu ölkədə geniş yayılıb.

Qeyd edək ki, baş verən hadisədən sonra İdman və turizm naziri Virasak Kovsurat bildirib ki, parlamentdə 12 yaşından kiçik uşaqlara bu yarışlarda iştirak etməyi qadağan edən qanun layihəsi hazırlanır.

A.Şəlalə