Demet Akalın Hande Yenerlə barışır?
    • 15-11-2018, 12:02
    • 861

Demet Akalın Hande Yenerlə barışır?

Türk müğənnisi Demet Akalın artıq heç kimlə davalı-küsülü qalmaq istəmədiyini açıqlayıb.

Ötən həftəsonu eks-əri Okan Kurtla piknikdə olan Demetin onunla barışıb-barışmadığı marağa səbəb olmuşdu. Demet isə israrla bildirib ki, Okanla nə barışıb, nə də piknikdə olub...

Demet həmkarı Hande Yenerə açdığı məhkəmə davasından da yana vəkilinə "Uzlaş" təlimatı verdiyini açıqlayıb. Bildirib ki, artıq heç kimlə münasibətini kəskinləşdirmək istəmir.

News24.Az