Vaqif Gərayzadə koronavirusa yoluxub: "Özümü yaxşı hiss edirəm"
    • 27-08-2021, 12:21
    • 848

Vaqif Gərayzadə koronavirusa yoluxub: "Özümü yaxşı hiss edirəm"

Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə "Report"a 60 yaşlı bəstəkar özü məlumat verib.

O bildirib ki, səhhəti yaxşıdır: "Özümü yaxşı hiss edirəm, xəstəliyi yüngül keçiririəm. Hər şey normaldır və heç nəyə ehtiyac yoxdur".