Yevlaxda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir
    • 27-08-2021, 14:14
    • 302

Yevlaxda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir

Koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi nəzarət-profilaktik tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, növbəti belə tədbirlər zamanı mağaza və apteklərdə bəzi alıcı və satıcıların,  eləcə də ictimai nəqliyyatda bəzi sərnişinlərin tibbi maskalardan istifadə etmədikləri aşkarlanıb. 

Rast gəlinən qayda pozuntularının aradan qaldırılması üçün sakinlərlə profilaktiki səpkidə söhbətlər aparılıb, polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Bu qaydalara əməl etməyən şəxslərə isə xəbərdarlıq və intizam tənbeh tədbirləri tətbiq edilib.