Dünya şöhrətli fotoqraf Reza Deqqəti Ermənistanın Oxçu çayını çirkləndirməsini səssiz ekoloji fəlakət adlandırıb - FOTO
    • 28-08-2021, 12:41
    • 462

Dünya şöhrətli fotoqraf Reza Deqqəti Ermənistanın Oxçu çayını çirkləndirməsini səssiz ekoloji fəlakət adlandırıb - FOTO

Dünya şöhrətli fotoqraf Reza Deqqəti Ermənistanın Oxçu çayında törətdiyi ekoloji fəlakətlə bağlı paylaşım edib.

Fotoqraf sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazır: “Oxçu çayı Ermənistandan başlayır, Azərbaycanı keçir və Xəzər dənizinə çatmamış İranla Azərbaycan arasındakı təbii sərhəd Araz çayına qoşulur. Ermənistanda iki böyük mədən müəssisəsi var: Qacaran-Zəngəzur Mis-Molibden zavodu və Qafan Dəmir Filizi Emalı zavodu. Bu müəssislərdə istehsal zamanı ağır metallarla çirklənmiş su Oxçu çayına axııdılır.

Almaniyanın “Croniment” mədən şirkəti Ermənistanın Zangəzur Mis-Molibden zavodunda 60% paya malikdir. Şirkətin veb saytında "Metallar ehtirasımızdır" yazılıb.

Çaydakı nikelin miqdarı normadan 7 dəfə, dəmirin miqdarı 4 dəfə, mis-molibdenin miqdarı 2 dəfə çoxdur.

Mart ayında Oxçu çayı hövzəsində alabalıq və digər balıqların kütləvi şəkildə məhv olduğu müşahidə edildi. Görünür ki, çay Ermənistan istehsalçıları tərəfindən ölkə ərazisindəki sənaye tullantılarının Azərbaycana göndərilməsi üçün "kollektor" kimi istifadə olunur. Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb, beynəlxalq öhdəliklər götürməyib. Burada Xəzər dənizinə çatmadan həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz ekoloji fəlakət görünür”.