Aktrisa sevgilisi ilə evlənməyəcək
    • 15-11-2018, 16:16
    • 1 162

Aktrisa sevgilisi ilə evlənməyəcək

"Paramparça" türk serialındakı Hazal obrazı ilə tanınan aktrisa Alina Bozun sevgilisi Mithat Can Özerlə gələn ilin yanvar ayında evlənəcəkləri haqda xəbər yayılıb.

News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alina bu xəbəri yalanlayıb. Bildirib ki, hələ evlənmək barədə söhbət yoxdur: "Evlilik xəbərləri doğru deyil. Evlənməyəcəyik. Elə bir şey yoxdur".

On aydır bərabər olan cütlüyün arasında 17 yaş fərqi var. Mithatın 37, Alinanın 20 yaşı var.

Alina Boz hazırda TRT1-də yayımlanan "Elimi bırakma" adlı serialda Azra obrazını canlandırır. Aktrisanın serialda tərəf müqabili Alp Navruzdur.

News24.Az