Tanınmış klubda mühafizəçi müştərini döyərək öldürdü
    • 30-08-2021, 14:47
    • 355

Tanınmış klubda mühafizəçi müştərini döyərək öldürdü

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.