Paytaxtda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTOLAR

Paytaxtda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTOLAR
HADİSƏ / MƏDƏNİYYƏT

31-08-2021, 11:14

Mətn ölçüsü

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtda Azərbaycan-Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin zəfər bayramı münasibətilə açıq havada rədbir keçirilib.

News24.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, iş adamları, tanınmış ictimaiyyət nümayəndələri, Şəhid ailələri və Qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak edib.

Yığıncaqda çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq qeyd ediblər ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Natiqlər bildiriblər ki, bu Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai-siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlilləri Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal News24.az-a açıqlamasında qeyd edib ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq cənubi-yunan işğalından azad edib. 30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixib zibilliyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib. Qəhrəmab türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırın aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsiridir və xalqımız dünya durduqça bunu unutmayacaq. 

Zamin Zeynal onu da bildirib ki, Türkiyənin Zəfər Bayramı ölkəmizdə ilk dəfə keçirilib. Bu bayramı keçirməkdə əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın "Bir millət, iki dövlət" tarixi qardaşlıq və dostluq münasibətlərinə töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir.

Qardaş Türk xalqının Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir.


FOTO: Nicat Niftəliyev

Ülviyyə Musayeva Ülviyyə Musayeva