Doğuş ölümdən qayıtdı
    • 31-08-2021, 10:26
    • 6 276

Doğuş ölümdən qayıtdı

Türkiyəli müğənni Doğuş ölüm təhlükəsilə üzləşib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı ailəsilə birlikdə gəmiylə gəzinti zamanı çətin anlar yaşayıb. Oksigen balonu olmadan dərinliyə dalan Doğuşun bir müddət üzə çıxmadığını görən gəmi kapitanı suya atılaraq, məşhuru xilas edib.

Müğənni xəstəxanaya yerləşdirilsə də, səhhətində ciddi problemin olmadığı bildirilib.