-
- 1-09-2021, 10:00
- 534
Prezidentin Ağdamdakı xüsusi nümayəndəsi 3-cü doza peyvənd olundu
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov koronavirus əleyhinə növbəti dəfə peyvənd olunub.
News24.az xəbər verir ki, Emin Hüseynov bu barədə "Twitter" səhifəsində paylaşım edib.
O, paylaşıma "Peyvəndlənək, özümüzü qoruyaq!" sözlərini yazıb.