Toy qaydalarının pozulmasına görə 3 nəfər cərimələndi, 15 nəfər şənliyə buraxılmadı
    • 1-09-2021, 10:25
    • 300

Toy qaydalarının pozulmasına görə 3 nəfər cərimələndi, 15 nəfər şənliyə buraxılmadı

Avqustun 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 15 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.