Metroda şəxsiyyət vəsiqələri niyə yoxlanılır? – DİN-dən RƏSMİ AÇIQLAMA
    • 1-09-2021, 14:08
    • 648

Metroda şəxsiyyət vəsiqələri niyə yoxlanılır? – DİN-dən RƏSMİ AÇIQLAMA

Sentyabrın 1-dən ölkədə karantin qaydaları ilə bağlı yeni qadağalar başlayır. Yəni bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız “COVID-19” pasportu olduğu halda istifadə edə biləcəklər. Bakı Metropolitenində mövcud qadağanın olmadığını bildiyimiz halda bu gün əməkdaşımız Gənclik metro stansiyasında şəxsiyyət vəsiqələrinin yoxlanıldığına şahid olub. Əməkdaşımız yoxlamanın vaksin pasportu ilə əlaqədar olduğunu soruşanda polis işçisi əlaqəsi olmadığını qeyd edib.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı sorğumuzu cavablayıb.

O, News24.az-a açıqlamasında bildirib ki, Bakı Metropoliteninə giriş sərbəstdir və heç bir halda COVID pasportu tələb olunmur: “Sadəcə olaraq aktiv COVID xəstələrini seçmə yol ilə aşkar etmək üçün vəsiqələr yoxlanıla bilər. Bununla bağlı araşdırmalar gedir”.