Azərbaycan və Rusiyanın Rəssamlıq institutları əməkdaşlıq sazişi imzalayıb
    • 16-11-2018, 11:12
    • 1 239

Azərbaycan və Rusiyanın Rəssamlıq institutları əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və Rusiyanın İ.E.Repin adına Sankt-Peterburq Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqavilə Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq mədəniyyət forumu çərçivəsində imzalanıb.
Rusiya baş nazirinin müavini Olqa Qolodetsin iştirakı ilə keçirilən imzalama mərasimində sənədi ADRA-nın rektoru Ömər Eldarov və İ.E.Repin adına İnstitutun rektoru Semyon Mixaylovski imzalayıblar. Saziş müəllim və tələbə mübadiləsini, incəsənət sərgilərinin mübadiləsini, birgə ustad dərslərinin təşkil edilməsini nəzrədə tutur. Bundan əlavə, İ.E.Repin adına İnstitut ADRA-nın məsləhət gördüyü bir tələbəyə pulsuz təhsil almağa şərait yaradacaq.
Qeyd edək ki, daha əvvəl Olqa Qolodets Bakıya səfəri çərçivəsində ADRA-da olmuş və mədəniyyət sahəsində Rusiya təhsil müəssisələri ilə akademiya arasında əməkdaşlığın inkişaf etdirilməsi dair planlarının olduğunu bildirmişdi.

//Report