Elnur Kələntərova polkovnik rütbəsi verildi
    • 3-09-2021, 09:56
    • 505

Elnur Kələntərova polkovnik rütbəsi verildi

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova polkovnik rütbəsi verilib.

News24.az xəbər verir ki, bununla bağlı Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Qeyd edək ki, Elnur Kələntərov ötən ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. 

O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərov bu il "For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan"Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri olub.