Damla "Taxta ayı"sını təqdim etdi - FOTO - VİDEO
    • 16-11-2018, 11:36
    • 3 018

Damla "Taxta ayı"sını təqdim etdi - FOTO - VİDEO

Müğənni Damla və komandası ötən gün paytaxtın kəhkəşanlı məkanlarının birində "Taxta ayı" filminin qala gecəsini təşkil ediblər.

Gcəyə Murad Dadaşov, Oqtay və Dilarə Əliyevlər, Anar Mədətov, Yaşar Yusif, Yaşar Cəlilov, Vüsalə Kərimova, Sevda Yəhyayeva, Nurlan Təhməzli, Teymur Əmrah, Manaf Ağayev, Xatirə İslam, Kamil Zeynallı, Talıb Tale kimi bir sıra sənət və şou-biznes nümayəndələri qatılıb. 

Rejissoru Emin Muradov olan filmdə baş rollarda Damla, Rüfət Nəzər və Neo oynayıblar. Digər rollarda Mehriban Xanlarova, Zemfira Əbdülsəmədova, Mətanət Atakişiyeva, İlqar Cahangir və başqa aktyorlar da rol alıblar.

Qala gecəsində filmdə oynayan əksər aktyorlar - Mehriban Xanlarova, Zemfira Əbdülsəmədova və Mətanət Atakişiyeva iştirak etməyiblər. 

News24.Az