Akif İslamzadənin heç yerdə eşidilməyən səs yazıları üzə çıxacaq
    • 16-11-2018, 12:05
    • 1 004

Akif İslamzadənin heç yerdə eşidilməyən səs yazıları üzə çıxacaq

Uzun illərdən sonra xalq artisti Akif İslamzadənin heç yerdə səslənməyən mahnıları ilk dəfə olaraq üzə çıxarılacaq.

Bu barədə açıqlamasında “Şeron” qrupunun rəhbəri, musiqiçi Rüstəm Zeynallı deyib: “İllərdir ki, Akif İslamzadənin arxivi mənim kompüterimdədir. Onun hamısını dinləmişəm, hər biri şedevrdir. Bir çox səbəblər üzündən sənətkar o mahnıları zamanında üzə çıxara bilməyib. Mən özüm də bunu eşidəndə şok oldum”.

R. Zeynallı bildirib ki, yaxın günlərdə həmin mahnılardan ibarət albom işıq üzü görəcək.

//Yenicag.az