Tanınmış rəssam Tofiq Fərəcov vəfat etdi
    • 4-09-2021, 11:50
    • 499

Tanınmış rəssam Tofiq Fərəcov vəfat etdi

Cənub bölgəsində tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov 69 yaşında dünyasını dəyişib.

News24.az -ın məlumatına görə əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T.Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib.

Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib. /Trend/