Rəqqasə Fatiməyə qarşı QARA PR - VİDEO
    • 16-11-2018, 13:20
    • 801

Rəqqasə Fatiməyə qarşı QARA PR - VİDEO

Rəqqasə Fatimə Fətəliyevanın bir neçə gün əvvəl təqdim etdiyi klip tənqidlərə tuş gəlib.

Vətənpərvər mövzuda olan "Cümhuriyyət suitası" adlnan klipdə rəqqasənin Şəhidlər Xiyabanında yerləşən alov abidəsininin önündəki rəqsinin əksər şəhid ailələrinin narazılığına səbəb olduğu deyilir.
Haşiyə çıxaq ki, Fətəliyevadan öncə nəinki alov abidəsinin qarşısında, hətta Şəhid qəbirlərinin önündə vətənpərvər mahnı oxuyub, klip çəkdirən bir neçə müğənni olub. Amma nədənsə onların bu addımı tənqid və narazılığa səbəb olmamışdı. Bu vəziyyətdə adamın ağlına sadəcə bir fikir gəlir - kimsə məqsədli şəkildə Şəhidlik kimi incə, həssas mövzunu əlində rəhbər tutaraq, rəqqasənin qara PR-nı aparır. Buna aydınlıq gətirmək üçün F. Fətəliyeva ilə əlaqə saxladıq. 
News24.Az-a danışan Fatimə bunları dedi: "Həqiqətən düşünürəm ki, bu, məqsədli şəkildə barəmdə düşünülmüş qara PR-dır! Bir az qeyri-ciddi çıxsa da deməliyəm - mən alov abidəsinin qarşısında hind, ya da toy rəqsi oynamamışam ki, bu, kənardan tənqid ediləcək qədər ayıb görünsün. Oynadığım rəqs vətənpərvər ruhdadır. Mən Şəhidlər Xiyabanında klip çəkdirən ilk sənətçi deyiləm. Məndən əvvəl bir neçə müğənni hətta qəbirlərin yanında belə vətənpərvər ruhda mahnılarını oxuya-oxuya, klip çəkdiriblər. Nədənsə onlar tənqid olunmadılar, amma mənim qəbrlərdən aralı olan rəqsim tənqid olundu. Bəli! Artıq anlayıram ki, bu, məni gözdən salmaq üçün məqsədli şəkildə qurulmuş oyundur! Məni gözdən salmağa çalışan adam, ya da adamlar bir şeyi bilsinlər ki, mən orda özbaşına klip çəkdirməmişəm. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətindən rəsmi qaydada icazə alınıb. Əgər həqiqətən də qanları bahasına (kövrəlir) bizim həyatda qaldığımız Şəhidlərimizin ruhuna hörmətsizlik vardısa, əminəm ki, bunu bizə izah edər və icazə verməzdi! Ona görə də qara PR-ımı aparanlara səslənirəm: Mən Fatimə Fətəliyeva vətənini sevən insanam! Hətta vətənimi o qədər sevirəm ki, düşünmədən onun yolunda canımdan keçərəm! Bunu hər kəs belə bilsin! Sizin çirkin oyununuz nə mənim şəxsiyyətimə, nə də sənətimə kölgə sala bilməz!"
Sonda Fətəliyeva klipi ilə qara PR aparanlara Allahdan cansağlığı arzu edərək, insanlıqlarını unutmamağı tövsiyyə etdi. 

Azər Nəsibov