Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi
    • 5-09-2021, 14:30
    • 2 020

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. 

News24.az-ın əldə etdiyi məlumata görə,  Xalq artisti təqaüdünü 2 qaziyə verib.

Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.