“Yeni doğulan körpələrə dastana dönən igidlərin adı verilsin” - Video
    • 6-09-2021, 13:44
    • 1 069

“Yeni doğulan körpələrə dastana dönən igidlərin adı verilsin” - Video

“Şəhidimiz Xudayar Yusifzadənin ifası da özü kimi dastana döndü. Bu Vətən yaşadıqca bu ifa yaşayacaq, xalqımızın dilindən düşməyəcək. Xudayarımızın anası Radə xanımın dediyi kimi, “o səs təkcə Xudayarın səsi deyil, bütün şəhidlərimizin səsidir”.

News24.az xəbər verir ki, bu sözləri “Mənim Atam Qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov deyib:

“Hər dəfə bu ifanı eşitdikcə insanın qəlbi riqqətə gəlir, sanki qəhrəmanlarımızın qazandığı zəfəri bir daha yaşayırıq. Vətən uğrunda canından, qanından keçən qəhrəmanlarımız heç vaxt unudulmur və unudulmayacaq! Çox istərdim ki, yeni doğulan körpələrə dastana dönən igidlərimizin adı verilsin, körpələrimiz Mübariz, Polad, Muxtar, Xudayar, Cəbrayıl, Turqut, Ruhid, Şəhriyar, Sübhan, Sinan, Səlimxan, Ziyadxan, Əli, İbrahim, Məhəmməd və digər qəhrəmanlarımızın adını daşısınlar! Qoy bu balalar adlarını daşıdıqları qəhrəmanlar kimi igid, mərd böyüsünlər. Şəhidlərimizin cəsarəti qarşısında diz çökən düşmən qəhrəmanlarımızın hər dəfə adı səsləndikcə başlarının necə əzildiyini, haqq savaşında necə məğlub olduqlarını bir daha xatırlasınlar”.