Məktəblərdə bufetlər açılacaqmı?
    • 7-09-2021, 15:40
    • 302

Məktəblərdə bufetlər açılacaqmı?

“Ali məktəblərdə COVID-19 pasportunun yoxlanılması üçün monitorinqlər aparılacaq”. 

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib. 

Nazir bildirib ki, orta və ali təhsil müəssisələrində idman dərsləri və bufetlər mərhələli şəkildə açılacaq: “Əvvəlcə bölgə məktəblərində, sonra şagird sayı az olan məktəblərdə, ardınca isə vaksinləşmə sayı yüksək olan məktəblərdə bunlara icazə veriləcək”.