“YAŞAT” Fondu daha 5 qazimizi Türkiyəyə göndərdi - Fotolar
    • 9-09-2021, 11:12
    • 593

“YAŞAT” Fondu daha 5 qazimizi Türkiyəyə göndərdi - Fotolar

Ağır yaralanan daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan News24.az-a verilən məlumata görə, Türkiyəyə göndərilən qazilər  İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu, Səmədov Ceyhun Eldar oğlu ,Əzizli Səddam Nazim oğludur.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
 

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
 

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.