Peyvənd olunanlar üçün 900 min dollarlıq lotoreya keçirilir
    • 13-09-2021, 15:55
    • 332

Peyvənd olunanlar üçün 900 min dollarlıq lotoreya keçirilir

Gürcüstanda bu gündən COVID-19 peyvəndi olanlar üçün pul lotereyasına start verilib.

News24.az xəbər verir ki, Bu barədə idarələrarası koordinasiya şurası nəzdindəki əməliyyat qərargahının rəhbəri Georgi Gibradze keçirdiyi brifinqdə bildirib. 

Lotereyanın mükafat fondu 2,8 milyon lari (900 min dollar) təşkil edir. Qeyd edilib ki, lotoreyanın qalibləri təsadüfi yolla seçiləcək. 

Lotoreya ilin sonuna qədər hər gün keçiriləcək və ən azı peyvəndin 1 dozasını almış hər kəs iştirak edə biləcək.