Xüsusi təyinatlılar birgə təlimdə müxtəlif silahlardan atəş açdı - Video
    • 13-09-2021, 20:18
    • 503

Xüsusi təyinatlılar birgə təlimdə müxtəlif silahlardan atəş açdı - Video

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.