Qanunsuz övlad, yayılan səs yazısı - Cangüdəni ilə eşq yaşayan məşhur qadınlar
    • 14-09-2021, 10:46
    • 1 375

Qanunsuz övlad, yayılan səs yazısı - Cangüdəni ilə eşq yaşayan məşhur qadınlar

Məşhurlar atdığı qeyri-adi addım və verdikləri skandal qərarları ilə daima gündəmdə qalmağı bacarırlar. 

News24.az
bu dəfə şəxsi cangüdənləri ilə eşq macərası yaşayan, hətta onlara ərə gedən dünyaca məşhur 5 qadın barədə məlumatı təqdim edir:

Bu ilin əvvəlində məşhur amerikalı foto model və aktrisa Pamela Anderson növbəti toy xəbəri ilə pərəstişkarlarını heyrətləndirib. 54 yaşlı məşhur altıncı dəfə ərə gedib. Onun bu dəfəki seçimi isə şou -biznes dünyasından olmayıb. Pamela Anderson cangüdəni Hay Hayterslə ailə həyatı qurub. 

İndiki Monako Şahzadəsi II Albertin bacısı Şahzadə Stefani gəncliyində ailəsinə çox problem yaşadıb. Kiçik qızı Rainier III və Qreys Kelli qalmaqallı hərəkətləri ilə məşhurdurlar. Stefani 21 yaşında ikən valideynlərindən gizli şəkildə klipdə yarıçılpaq çəkilib və şəxsi mühafizəçisi Daniel Dyükredən qeyri-qanuni övladlar dünyaya gətirib. Onlar 2 övladı dünyaya gəldikdən sonra 1995-ci ildə rəsmi nikaha girsələr də, 1 il sonra Dyükrenin xəyanətinə görə ayrılıblar. 

Amerikalı müğənni Anasteyşanı yalnız 1 nəfər nikaha razı sala bilib. O da ifaçının şəxsi cangüdəni Ueyn Nyuton olub. Amma cütlüyün evliliyi uzun sürməyib. Onlar toydan üç il sonra ayrılıblar.

Əfsanəvi pop ulduz Madonna 90-cı illərdə bir neçə il şəxsi mühafizəçisi Ceyms Olbraytla görüşüb. Ancaq onların münasibəti 2000-ci illərin əvvəllərində məlum olub. Pulsuz qalan Ceyms məşhur eks-sevgilisi ilə olan intim münasibətlərinin detallarını açıqlayaraq varlanmaq istəyib. O, sevgi məktublarını, səs yazılarını və hətta Madonnanın alt paltarlarını satmağa qərar verib. 

Almaniyalı supermodel Haydi Klum ingilis müğənni Sealdan rəsmi boşanı gözləmədən 2012 -ci ilin sentyabr ayında mühafizəçi Martin Kristenlə münasibət qurub. Şayiələr var ki, mühafizəçi ona dəfələrlə ailə qurmağı təklif etsə də, H.Klum tələsməyib. Onlar 2014 -cü ilin yanvar ayında ayrılıblar.