Bu ölkənin adı dəyişəcək - Səsvermə başladı
    • 14-09-2021, 13:36
    • 297

Bu ölkənin adı dəyişəcək - Səsvermə başladı

"Maori" partiyasının liderləri Yeni Zelandiyanın adının "Aotearoa" olaraq dəyişdirilməsini və 2026-cı ilə qədər bütün şəhərlərə Maori adlarının verilməsi tələbi ilə çıxış ediblər.

News24.az
xəbər verir ki, partiya liderləri bununla bağlı petisiyayolu ilə imza toplamağa başlayıblar. 

Yerli siyasi təşkilatın həmsədrləri Raviri Vaititi və Debbie Ngareva-Paker yerli adların təhrif edildiyini, onların qəbul olunmadığını və nəzərə alınmadığını düşünürlər: "Onsuz da keçmişdə Maori dili bu ölkədə ilk və rəsmi dil statusu alıb. Biz Polineziya ölkəsiyik, biz "Aotearoa"yıq".