-
- 15-09-2021, 09:52
- 572
Türkiyəli səfir Azərbaycan xalqını TƏBRİK ETDİ
“Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür. Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandanı Nuri Paşanı, onun qəhrəman ordusunu və Qafqazın mərkəzində şəhid olanlara Allahdan rəhmət diləyir və onları minnətdarlıqla yad edirik”.
News24.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi tvitter səhifəsində etdiyi paylaşımda bildirib.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.