“BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - Video

“BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - Video
MƏDƏNİYYƏT / Video

15-09-2021, 18:04

Mətn ölçüsü

“BBC World News” televiziya kanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır.

News24.az xəbər verir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan “BBC WORLD NEWS” telekanalında yayımlanan videoçarxda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkəmizdəki inkişafdan bəhs olunur.

Şuşa dağlarının görüntülərinin də yer aldığı videoçarxda “dağların buludlara qovuşduğu, mavi səmanın dənizdə əks olunduğu Azərbaycanı kəşf et” çağırışı səslənir. Azərbaycanda hər küçənin qədim tarixə malik olduğu və ölkənin sürətlə inkişaf edərək gələcəyə doğru inamla irəlilədiyi bildirilir.

Videoçarxda müasir texnologiyaların ölkəyə yeni fürsətlər gətirdiyi, ölkənin nəqliyyat və texnoloji imkanları nümayiş etdirilir.

OK.ru