Müştərilərə qəlyan təklif edən istirahət mərkəzinin inzibatçısı cəzalandırıldı
    • 17-09-2021, 11:56
    • 382

Müştərilərə qəlyan təklif edən istirahət mərkəzinin inzibatçısı cəzalandırıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-epidemioloji normaları pozan istirahət mərkəzi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, rayon ərazisində müştərilərə qəlyan təklif edən istirahət mərkəzi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı barəsində isə inzibati qaydada tədbir görülüb.