Lənkəranda narkotik satan qardaşlar saxlanıldı - FOTO

Lənkəranda narkotik satan qardaşlar saxlanıldı - FOTO
KRİMİNAL

18-09-2021, 10:41

Mətn ölçüsü

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər saxlanılıb.

News24.azxəbər verir ki, onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi, yaş halda çəkisi 44 kiloqramdan artıq olan 170 ədəd narkotik xassəli çətənə kolları, həyətdəki yardımçı tikilidə gizlətdiyi bir ədəd bağlamada isə 4 kiloqram 685 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaşlar saxlanılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan Lənkəran şəhər sakinləri Rustam Rəhmənov və qardaşı Elşən Rəhmənovun üzərindən ümumilikdə 2 kiloqramdan artıq heroin, 500 qrama yaxın metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.