30 il sonra fərqli zaman, eyni məkan - Jurnalistin Şuşa xatirəsi
    • 19-09-2021, 14:30
    • 920

30 il sonra fərqli zaman, eyni məkan - Jurnalistin Şuşa xatirəsi

“Mənim atam Şuşanın sayılıb seçilən ziyalılarından biri idi. Füzulişünas alim Namiq Babayev. Azərbaycanda əruz vəznini yaxşı bilən azsaylı mütəxəssislərdən biri sayılırdı".

1991-ci il. Mən 1-ci sinifə gedəcəkdim. Atam xəstə idi. Nə qədər təkid edirdilər ki, Bakıya həkimə getsin. Deyirdi ki, Leylini 1-ci sinifə aparım sonra gedərəm. Müharibə artıq başlamışdı. Şuşada dərslərin başlanmasını sentyabrın 15-ə keçirdilər. Atam da sentyabrın 8-i əməliyyat zamanı dünyasını dəyişdi. Bizə onun qəbir daşını belə qoymaq nəsib olmadı. Mən məktəbə Bakıda getdim. 

Şuşasız və atasız … "

Şuşa səfəri zamanı öz hekayəsini News24.az-a danışan jurnalist Leyli Namiq qızı