Polad Bülbüloğlu: "Şuşada yaşayacam" - Eksklüziv - VİDEO
    • 20-09-2021, 10:58
    • 780

Polad Bülbüloğlu: "Şuşada yaşayacam" - Eksklüziv - VİDEO

“O qədər arzularımız var idi və onların çoxu artıq çin oldu. Biz sizinlə bu gün Şuşada görüşürük. İllərlə arzularımızda yaşatdığımız kimi...” 

Bu sözləri News24.az-ın Şuşaya ezam olunmuş əməkdaşına Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, şuşalı Polad Bülbüloğlu deyib. 
Şuşanın qan bahasına mənfur düşməndən azad olunduğunu vurğulayan P.Bülbüloğlu, bundan sonra sülh və əminamanlıq olmasını arzulayır: “Bundan sonra sülh və əminamanlıq olmasını arzu edirəm. Bir də şəhid verməyək... Qazilərimiz tez sağalsın, özlərini yaxşı hiss etsinlər. Təbii ki, biz bu gün elə-belə yox, qan qahasına burdayıq. Biz şəhidlər verib bu torpağı götürdük. Onların şərəfli həyat yolu gənc nəsillərə çatıdırlmalıdır, bunu heç zaman yaddan çıxarmaq olmaz. Biz bu gün görürük, sevinirik, bayram keçiririk, amma heç zaman, bir an belə şəhidlərimizi gərək yaddan çıxarmayaq. Allah onlara rəhmət eləsin”. 
Bundan sonra Şuşada yaşamaq planınız varmı sualını isə şuşalı xalq artisti belə cavablandırır: “Təbii Şuşada yaşamaq istəyirəm və biz artıq buradan heç yerə gedən deyilik. İndi elə bir dövrdür ki, təyyarəylə hara getsən 2-3 saata gələ bilərsən. Amma təbii ki, bura məskən salmışıq və burdan tərpənəsi deyilik. Ötən ilin sentyabrın 18-i kimsə mənə desəydi ki, sentyabrın 18-i biz burada Üzeyir Hacıbəyli musiqilərini dinləyəcəyik, biz Şuşada tədbirlər keçirəcəyik və mən atamın evini bərpa edəcəyəm inanmazdım. Amma bunlar hamısı həqiqətdir və Allaha şükür ki, biz bu gün böyük bayramı keçirdirik. Bu gün biz Şuşadayıq. Bu gün Qarabğadan, Şuşadan çıxan dahi şəxsiyyətlərimizin ruhu şaddır”. 


Video: Nicat Niftəliyev