-
- 17-11-2018, 17:30
- 1 060
Bakıda portuqaliyalı rəssam Karluş Motanın sərgisi açılıb
Bakıda tanınmış portuqaliyalı rəssam Karluş Motanın (Carlos Mota) "Tapıntı və axtarışlar" (Found and findings) sərgisinin açılışı olub.
Muzey Mərkəzində baş tutan tədbirdə çıxış edən Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jorje FonsekaBakıda belə tədbirin keçirilməsindən son dərəcə məmnun olduğunu bildirib.
O, K.Motanın mükafatlarını və xidmətlərini sadalayaraq sərginin Bakı sakinlərinin diqqətini çəkəcəyinə ümid etdiyini vurğulayıb.
Rəssamın özü isə Bakıda ilk dəfə olduğunu və belə gözəl şəhərdə sərgi təşkil etməkdən xoşbəxt olduğunu bildirib.
K.Motanın əsərləri azad ruh tərzində təqdim olunur və hər kəs onu özünəməxsus şəkildə təsəvvür edə bilər. Onun əsərləri müasirliyi əks etdirir, amma eyni zamanda enerji və dinamizmi ilə fərqlənir.
K.Motanın əsərləri dünyanın müxtəlif aparıcı ölkələrində sərgilərdə nümayiş olunub, eləcə də Braziliyada Planalto Sarayının xüsusi kolleksiyasında saxlanılır.
Qeyd edək ki, sərgi noyabrın 23-dək davam edəcək.
//Report