-
- 21-09-2021, 13:00
- 480
Ramil Şeydayev: "Daha da səylə çalışmalıyam" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Ramil Şeydayev müsahibə verib.
News24.az Ramil Şeydayevin "Report"a müsahibəsini təqdim edir:
- UEFA Konfrans Liqasında "Qarabağ"ın İsveçrə "Bazel"i ilə keçirdiyiniz ilk tur oyununu necə dəyərləndirirsiniz?
- Komandamız yaxşı oynadı, amma qol vura bilmədik. Fərqlənə bilsəydik, bu, bizim üçün 3 xal qismində gözəl bonus olardı.
- "Bazel"in bu cür pis oynayacağını gözləyirdiniz?
- Rəqib pis oynamadı, biz yaxşı çıxış etdik.
- "Qarabağ"ın qrupdan çıxma şanslarını necə dəyərləndirirsiniz?
- Yaxşı şanslarımız var. Lakin qrupumuzdakı bütün komandalar bizim kimi düşünürlər. Sadəcə, hər bir oyunda xallar qazanmalıyıq.
- İbrahima Vadjinin gəlişindən sonra oyuna sonradan daxil olursunuz. Bu amil sizə necə təsir edir?
- Heç cür təsir etmir. Çox işləyir və heç nə olmayıbmış kimi çalışmaqda davam edirəm.
- Əvvəllər sizə şansın az verildiyini deyirdiniz. Bəs indi necə: kifayət qədər şans qazanırsınız?
- Mən belə deməmişəm.
- "Bazel" ilə oyunun sonlarında əlverişli vəziyyətdən fərqlənməyinizə nə mane oldu?
- Topu küncə göndərmək çatışmadı. Zərbəni qapının mərkəzinə doğru vurdum və rəqib qolkiper dəf edə bildi. Onun bəxti gətirdi ki, mən zərbəni belə vurdum.
- Ötən gün də "Sumqayıt"ı 2:0 hesabı ilə yendiyiniz Azərbaycan Premyer Liqasının IV tur oyununda yüzfaizlik imkanı qaçırdınız. Bunu "qara zolaq" adlandırmaq olar?
- Bəli, mən bunu "uçuş zolağı" yox, "qara zolaq" sayıram (gülür - red.).
- Milli komandanın sentyabr qarşılaşmalarında siz daha çox ehtiyatda qaldınız. Halbuki, "Sabah"da çıxış etdiyiniz vaxt yığmada daha çox oynayırdınız. Bunu nə ilə izah etmək olar?
- Bu suala millinin baş məşqçisi Canni De Byazi məndən daha yaxşı cavab verə bilər. Mənim vəzifəm məşq etmək və oynamaqdır. Kimin heyətdə olacağına baş məşqçi qərar verir. Deməli, daha da səylə çalışmalıyam.