Əli Əsədov MƏŞHUR ŞİRKƏTİN rəhbərləri ilə görüşdü
    • 21-09-2021, 15:34
    • 321

Əli Əsədov MƏŞHUR ŞİRKƏTİN rəhbərləri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olunub.