Arzu Rəhimov Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşdü
    • 22-09-2021, 13:36
    • 355

Arzu Rəhimov Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşdü

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə News24.az-a Dövlət Xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.