Türkan: "Elə bir insan olsun ki, ailəsini dolandırsın" - VİDEO
    • 18-11-2018, 15:47
    • 2 629

Türkan: "Elə bir insan olsun ki, ailəsini dolandırsın" - VİDEO

Müğənni Türkan Vəlizadə maraqlı açıqlamalar edib.

News24.az xəbər verir ki, "X maqazin" verilişinə qonaq olan ifaçı aparıcı Zümrüd Bədəlovanı makiyaj edərkən onun suallarını cavablandırıb.

T.Vəlizadə zəhmətkeş insan olduğunu, illər öncə atasına dəmirçi işlərində kömək etdiyi və həmin iş zamanı dəfələrlə əllərini kəsdiyini bildirib.

Daha sonra isə Türkan Vəlizadə müğənni ilə ailə həyatı qurmaq istəmədiyini deyib: "Elə bir insan olsun ki, ailəsini dolandıran olsun.

Bir dəfə belə bir açıqlama verdim, şərhlərdə yazdılar ki, "Guya kasıbla ailə həyatı qurarsan ki?" Niyə qurmayım ki? Allah ona ruzini o qədər verib. Əsas odur ki, kişi kimi olsun və ailəsinin arxasında dayansın".

Teymur Məmmədov