Zaqatalada çayda batan şəxsin meyiti tapıldı

Zaqatalada çayda batan şəxsin meyiti tapıldı Hadisə
Zaqatalada çayda batan şəxsin meyiti tapılıb.

Bu barədə News24.az-a FHN-dən bildirilib.

Sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batan 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.